SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Metro istifadəçilərinə ŞAD XƏBƏR - Bu gündən...

Metro istifadəçilərinə ŞAD XƏBƏR - Bu gündən...

Tarix:

17-02-2023, 11:58

/ 435 dəfə oxundu.
Metro istifadəçilərinə ŞAD XƏBƏR - Bu gündən...

“Bakı Metropoliteni” QSC xaricdən yeni qatarların alınması üçün texniki tapşırıqları hazırlayır.

Bu barədə Xalqxeber.az a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

“Bakı Metropoliteni” QSC 2023-cü ildə də yeni vaqonların sifarişini planlaşdırılır. Onu da əlavə edək ki, QSC dünya metro vaqonları və bu sahə ilə bağlı digər istehsal sahələrinin təcrübəsini müntəzəm olaraq təqib edir, tətbiq edilən yeni texnologiyaların xarakter və xüsusiyyətini, ilk növbədə, sərnişindaşıma təhlükəsizliyi və rahatlığı, sərnişin məmnuniyyəti baxımından əsaslı yeniliklərin tətbiqini diqqətdə saxlayır. Yeni müqavilənin uzunmüddətli olaraq bağlanması əsas hədəflərdəndir. Eyni zamanda yeni vaqonların istehsalı ilə bağlı tərəfdaşın seçilməsi, sifariş həcmi və digər məsələlər barədə əlavə məlumatlar, bütün prosedurlar tamamlandıqdan sonra ictimaiyyətə təqdim ediləcək”, - deyə açıqlamada bildirilib.

Bu gün həm də bu il Azərbaycana gətirilən sayca 4-cü qatar xəttə verilib.

“Bakı Metropoliteni” bildirir ki, 2022-ci ilin sonlarında gətirilmiş 4 yeni qatardan sonuncusu da sazlama və sınaq işlərindən sonra xəttə verilib. Hazırda metropoliten xətlərində hərəkət edən yeni nəsil qatarlarının sayı 23-ə və yaxud vaqonların sayı 115-ə çatdırılıb.

Hər biri 5 vaqondan ibarət qatarlar Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsində “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilib. Yeni xəttə buraxılmış 81-765 B./81-766 B. modelli qatar da əvvəlkilərdə olduğu kimi mikroiqlim nəzarəti sistemi ilə təchiz olunub. Bu sistemin tərkib hissəsi kimi, kondisioner sistemi Bakının iqlim xüsusiyyətləri nəzərə alınmaqla istehsal olunub.

Vaqondan vaqona birbaşa keçid sərnişinlərin qatar boyunca bərabər paylanması ilə yanaşı, sərnişin tutumunun artmasına da təsir edir. Ümumilikdə qatarların baş vaqonları 315, orta vaqonlari isə 329 sərnişin üçün nəzərdə tutulub. Bu isə bir qatarın sərmişin tutumunun 1 617 sərnişin olması deməkdir. Onu da əlavə edək ki, baş vaqonlarda 38, orta vaqonlarda 44 nəfərlik oturacaqlarla təchiz olunub.

Baş vaqonlarda əlil arabası üçün yerlər, bundan savayı, müxtəlif yüklər də nəzərə alınmaqla, çoxfunksiyalı zonalar nəzərdə tutulub. Təcrübə göstəriri ki, qapıların daha enli olması sərnişinlərin vaqonlara daha rahat və sürətli minib-düşməsini təmin edir və bununla bu qatarların sıxlıq şəraitində stansiyalarda yubanması xeyli azalır.

Yeni qatar “Həzi Aslanov-Dərnəgül” istiqamətində sərnişinlərə xidmət göstərir. Ümumilikdə, 23 yeni nəzil qatarından 3-ü “İçərişəhər-Həzi Aslanov”, 20-si “Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edir.

Ümumən, Bakı metropoliteninə 2015-ci ildən bu yana gətirilmiş vaqonların (qatarların) istismara verilməsi bu ardıcıllıqla olub:

Tarix
Vaqon (qatar)
2015
15 vaqon (3 qatar)
2018
10 vaqon (2 qatar)
2019
30 vaqon (6 qatar)
2020
20 vaqon (4 qatar)
2021
20 vaqon (4 qatar)
2022
20 vaqon (4 qatar)
Cəmi
115 vaqon (23 qatar)



Şərhlər

XƏBƏR LENTİ