SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazirlər Kabineti "Bakı Metropoliteni" ilə bağlı qərar verdi

Nazirlər Kabineti "Bakı Metropoliteni" ilə bağlı qərar verdi

Tarix:

20-12-2017, 10:26

/ 1 337 dəfə oxundu.
Nazirlər Kabineti "Bakı Metropoliteni" ilə bağlı qərar verdi

Nazirlər Kabineti "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə" qərarda dəyişikliklər edib
Dəyişikliyə görə, "Bakı Metropoliteni"nin nizamnamə kapitalı artırılıb, həmçinin QSC-nin strukturu dəyişdirilib.

Qərara aşağıdakı dəyişikliklər edilib:

1.1. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Bakı Metropoliteni" QSC-nin Nizamnaməsi"nin 4.4-cü bəndində "1 milyard 770 milyon 950 min 768,02" və "125 milyon 244 min 043 rəqəmləri və sözləri müvafiq olaraq "2 milyard 580 milyon 638 min 397,20" və "182 milyon 506 min 251" rəqəmləri və sözləri ilə əvəz edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Bakı Metropoliteni" QSC-nin Strukturu" aşağıdakı redaksiyada verilsin:

"1. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Aparatı.

2. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar:

2.1. Hərəkət Xidməti;

2.2. Yol Xidməti;

2.3. Tunel Qurğuları Xidməti;

2.4. Elektrik Təchizatı Xidməti;

2.5. İşarəvermə və Rabitə Xidməti;

2.6. Elektromexanika Xidməti;

2.7. Əsaslı Təmir Xidməti;

2.8. Depolar üzrə İş Departamenti;

2.9. Birləşmiş emalatxanalar;

2.10. Diaqnostika və Metroloji Təminat Mərkəzi;

2.11. Eskalator Xidməti;

2.12. Nəqliyyat və Xüsusi Texnika Departamenti;

2.13. Tikinti Departamenti;

2.14. Perspektiv İnkişaf və Əsaslı Tikintiyə Nəzarət Departamenti;

2.15. Mühafizə və Yanğın Təhlükəsizliyi Xidməti;

2.16. Yaşıllaşdırma və Vaqonların Təmizlik Təsərrüfatı Xidməti;

2.17. İnformasiya və Kommunikasiya Texnologiyaları Xidməti;

2.18. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Sağlamlıq Mərkəzi;

2.19. Vaqonların Əsaslı Təmir Xidməti.".

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.

Şərhlər

XƏBƏR LENTİ