SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda Türkiyəyə yardım üçün izdiham - Qardaş dəstəyi

Bakıda Türkiyəyə yardım üçün izdiham - Qardaş dəstəyi

Tarix:

7-02-2023, 15:19

/ 387 dəfə oxundu.
Bakıda Türkiyəyə yardım üçün izdiham - Qardaş dəstəyi

 
Türkiyədə baş verən zəlzələdə zərər çəkənlərə kömək məqsədilə Bakıda yardım kampaniyası başladılıb.

Yardımlar Babək prospektində yerləşən “Doğtaş” mebel mağazasında toplanılır.

Qısa müddət keçməsinə baxmayaraq, insanlar çağırış ünvanına axın edir. Təbii fəlakətdə zərər çəkən insanlara lazım olan vasitələr - yorğan, döşək, uşaq paltarları, şalvar, corab, əlcək, çadır, generator və sair ehtiyac malları gətirməyə, pul şəklində ianələr verməyə davam edirlər. 

Bir neçə yük maşını artıq yola salınıb. Anbar tam dolduğundan yardımın daşınması üçün tırlar gətiriləcək.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb, 5 775 bina dağılıb.

Şərhlər

XƏBƏR LENTİ