SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Türkiyədə zəlzələdə ölənlərin sayı 9057 nəfərə çatıb - (YENİLƏNİB)

Türkiyədə zəlzələdə ölənlərin sayı 9057 nəfərə çatıb - (YENİLƏNİB)

Tarix:

8-02-2023, 20:02

/ 353 dəfə oxundu.
Türkiyədə zəlzələdə ölənlərin sayı 9057 nəfərə çatıb - (YENİLƏNİB)

 
Türkiyədə zəlzələdə həlak olanların sayı 9057 nəfərdir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, zəlzələ nəticəsində 52 979 nəfər xəsarət alıb, 6444 bina dağılıb.

xxx

14:53

Türkiyədə zəlzələdə həlak olanların sayı 8574 nəfərdir.

Bu barədə Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, zəlzələ nəticəsində 49 133 nəfər xəsarət alıb, 6 444 bina dağılıb.

***12:32

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 7108-ə yüksəlib.

"Unikal"ın məlumatına görə yararlıların sayı isə 40910-a çatıb.

*** 11:53

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6957 nəfərə çatıb.

*** 10:39

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 6234-ə yüksəlib.

Bu  barədə Türkiyə KİV-i məlumat yayıb. 

***08:23

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.

Bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində 5 775 bina dağılıb.

“Dağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. Bu işlərə faktiki olaraq 6 218 nəfər təyin edilib və işləyir. Axtarış və xilasetmə qruplarına təxminən 1500 əlavə şəxs cəlb ediləcək”.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

Şərhlər

XƏBƏR LENTİ