SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » AĞDAMLI MƏCBURİ KÖÇKÜN RAMİL USUBOVA MÜRACİƏT ETDİ

AĞDAMLI MƏCBURİ KÖÇKÜN RAMİL USUBOVA MÜRACİƏT ETDİ

Tarix:

22-06-2017, 15:01

/ 167 483 dəfə oxundu.
AĞDAMLI MƏCBURİ KÖÇKÜN RAMİL USUBOVA MÜRACİƏT ETDİ

"Polisdə xidmət etmək istəyirəm. Bu mənim üçün əsl şərəfdir"..

Son zamanlar Daxili İşlər orqanlarında xidmət etmək istəyən vətəndaşların sayında artım müşahidə olunur. Şəxsi və işgüzar keyfiyyətlərinə güvənərək peşə və fiziki hazırlığı olan, müvafiq xidmət üçün tələb olunan yaş həddinə malik hər bir Azərbaycan vətəndaşı, dövlətçiliyinin keşiyində durmaq əzmini nümayiş etdirərək Daxili İşlər orqanlarında xidmət göstərmək hüququna malikdir.
İctimai asayişin qorunmasında könüllülük nümayiş etdirənlərdən biri də, 30 yaşlı Həsənov Şahin Elşad oğludur. Ağdam rayonundan olan məcburi köçkün, Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsi ev 53, mənzil 11-də məskunlaşmış Şahin Həsənov, vaxtı ilə DİN-nin Çevik Polis alayında xidmət göstərib.
XalqXeber.-az-a müraciət ünvanlayan Şahin Həsənov bildirir ki, malik olduğu fiziki-sağlamlıq və peşə hazırlığı tələbləri, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında vakant sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbul olmaq imkanı vermiş və qəbulla bağlı aparılan müsabiqədə iştirak edərək xidmətə tam yararlı hesab edilmişdir.
Şahin Həsənov DİN sıralarına işə qəbul edilmiş və adıçəkilən alayda 5 il xidmət göstərmişdir.
Xidmət göstərdiyi illər ərzində üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirərək operativlik nümayiş etdirdiyini söyləyən Şahin Həsənov, yenidən Daxili İşlər orqanlarında xidmət etmək arzusunda olduğunu və bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun qəbulunda olmaq arzusunu bildirir.
Nəzərinizə çatdıraq ki, Şahin Həsənov ölkə idmanında uğurlu nailiyyətlərə imza atmış peşəkar kiqboksçulardan biridir və boyu 2 metrə yaxındır..
Xatırladaq ki, son zamanlar daxili işlər orqanlarında xidmətə qəbulla bağlı müraciətlərin çoxalması ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən mütəmadi olaraq bölgələr üzrə ərazi polis orqanlarına vakant yerlərlə bağlı baxışlar keçirilir, kadrların hazırlıq səviyyəsinin artırılması və xidmətə qəbulun şəffaflıq və ədalət prinsipləri əsasında həyata keçirildiyi bildirilir.

Hörmətlə: Şahin Həsənov

Əlaqə nömrəsi: (055)207-06-76

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ