SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Şuşa Qoruğunun sədri Məftun Abbasov niyə bu aqibəti yaşadı?

Şuşa Qoruğunun sədri Məftun Abbasov niyə bu aqibəti yaşadı?

Tarix:

7-01-2023, 18:45

/ 1 310 dəfə oxundu.
Şuşa Qoruğunun sədri Məftun Abbasov niyə bu aqibəti yaşadı?

 Bu ilin oktyabr ayında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindəki stuktur dəyişikliyindən sonra İdarənin İdarə Heyətinin sədri vəzifəsi ləğv edilib və əvəzində İdarənin İcraçı direktoru vəzifəsi yaradılıb. Bununla da quruma rəhbərlik edən Məftun Abbasov tam oyundankənar vəziyyətdə qalaraq, işini itirmiş olub.

Azinforum.az olaraq bildiririk ki, gənc kadr bu vəzifəyə 2021-ci ilin iyul ayında təyin edilmişdi. Məftun Abbasov belə qısa müddətdə vəzifəsini ittirməsinin səbəbi olduqca maraqlı görünür. O, vəzifəsi ilə ötən ilin oktyabr ayında vidalaşsa da, nədənsə, bu barədə xəbər mediada iki ay sonra: dekabrın 28-də yayılıb. Belə strateji vəzifə ətrafında baş verən proseslə bağlı bu müddətdə sükutun saxlanılması, məlumatın mediadan uzaq tutulması olduqca maraqlıdır.

Məftun Abbasovun vəzifəsini itirməsi səbəbilə bağlı bir neçə versiya söylənilir. Onlardan ən əsası budur ki, o, əvvəlki dostu, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla “Şuşa qalası”nda yola gedə bilmədiyi səbəbindən bu aqibəti yaşamalı olub.
Görəsən, iki dostun Şuşada bölüşə bilmədiyi nə olub ki, sonda belə aqibət yaşanıb?..
Bəzi faktları dəqiqləşdirfikdən sonra mövzuya yenidən qayıdacayıq.(Azinforum.az)

Şərhlər

XƏBƏR LENTİ