Nazir kürsüsündən sonra özünü necə hiss edir... - Əli Abbasovun işə çıxmadığı deyilsə də...
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu il mayın 24-də keçirlən iclasında keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova yeni vəzifə verilməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Çünki o vaxtadək çoxları AMEA-nın müşaviri təyin olunan Ə.Abbasovun “MTN işi və “Rabitə işi” kimi qalmaqallı hadisələrdən sonra bir daha dövlət qurumlarına yaxın buraxılmayacağı qənaətinə gəlmişdi.
Amma görünür belə deyilmiş...
Həmin təyinatdan sonra Əli Abbasovun AMEA-da müşavir kimi işə çıxması ətrafında söz-söhhbətlər səngimir. İddialara görə, guya, Ə.Abbasov hələ ki yeni vəzifəsini icra etmir.
Məsələ ilə bağlı Modern.az saytı AMEA ilə əlaqə saxlayıb. Akademiyadan saytımıza bildirilib ki, Əli Abbasov hazırda vəzifəsinin başındadır.
“Əli Abbasov artıq 2 aydan artıqdır ki, AMEA-nın müşaviri vəzifəsindədir. Hazırda da işinin başındadır. İşə gəlməməsi ilə bağlı yayılan xəbərlər doğru deyil”.
Qeyd edək ki, Əli Abbasov 2004–2015-ci illərdə rabitə və yüksək texnologiyaları naziri vəzifəsində çalışıb. Prezidentin 12 noyabr 2015-ci il tarixli sərəncamı ilə tutduğu vəzifəsindən azad edilib. Əli Abbasov keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyində üzə çıxan irimiqyaslı korrupsiya və mənimsəmə faktlarından sonra vəzifədən kənarlaşdırıldı.
Həmin korrupsiya işini araşdırıb yekunlaşdıran məhkəmə keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir qrup vəzifəli şəxsi barəsində hökm çıxarıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...