SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dövlət qulluğuna hazırlaşanlara şad xəbər

Dövlət qulluğuna hazırlaşanlara şad xəbər

Tarix:

20-06-2017, 17:10

/ 56 813 dəfə oxundu.
Dövlət qulluğuna hazırlaşanlara şad xəbər

Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı keçiriləcək müsahibələr ödənişsiz olacaq.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə açıqlamasında deyib ki, müsahibənin keçirilməsi ilə bağlı “Dövlət qulluğu haqqında” qanuna edilən müvafiq dəyişikliklər layihəsi Milli Məclis tərəfindən bu yaxınlarda qəbul edilib.

Onun sözlərinə görə, dəyişikliyə əsasən müsahibə qrupunun tərkibi 3 nəfərdən ibarət olacaq, onlardan biri müvafiq dövlət orqanının nümayəndəsi, biri Dövlət İmtahan Mərkəzinin nümayəndəsi, biri isə müstəqil ekspert olacaq. M.Abbaszadə qeyd edib ki, müsahibə barədə elan Dövlət İmtahan Mərkəzinin və müvafiq dövlət orqanının internet portalında veriləcək: “Müsahibələr ödənişsiz olacaq. Yardımçı vəzifələr üzrə müsabiqələr keçirilməyəcək. Qeyd edilən qanun qüvvəyə mindikdən sonra müsahibələrin keçirilməsi qaydasının təsdiq edilməsi gözlənilir və həmin qaydalarla müsahibənin keçirilməsi, qiymətləndirilmənin aparılması qaydası tənzimlənəcək”.

Şərhlər

XƏBƏR LENTİ