Buraxılış və qəbul imtahanlarının keçirilmə qaydası məlum oldu
Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarının keçirilmə tarixlərini və qaydasını açıqlayıb.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək.
"Builki imtahanların keçirilməsi qaydası müəyyənləşib. Ötən il olduğu kimi bu il də imtahan binaları dezinfeksiya olunacaq.
Binalarda say həddinə və sosial məsafəyə riayət ediləcək. İmtahan iştirakçıları imtahan zallarında hər partada bir nəfər olmaqla əyləşdiriləcək.
Dezinfeksiyaedici məhlul, əlcək və tibbi maskadan istifadə ediləcək.
M. Abbaszadə əlavə edib ki, ali məktəblərə qəbul imtahanı (2-ci şans) iyul ayı ərzində olacaq.
Rezidenturaya qəbul imtahanı (1-ci mərhələ 2-ci şans) avqust ayı ərzində olacaq. Sentyabr ayı ərzində buraxılış imtahanı (payız təkrar), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi, rezidenturaya qəbul imtahanı (2-ci mərhələsi) keçiriləcək.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH