SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DYP-dən dəniz kənarında istirahət edənlərə XƏBƏRDARLIQ

DYP-dən dəniz kənarında istirahət edənlərə XƏBƏRDARLIQ

Tarix:

10-07-2022, 20:20

/ 396 dəfə oxundu.
DYP-dən dəniz kənarında istirahət edənlərə XƏBƏRDARLIQ

 
Qurban bayramı ilə əlaqədar nəzərdə tutulmuş istirahət günlərində, eləcə də havaların isti keçməsi ilə əlaqədar vətəndaşlara yol hərəkəti qaydalarına ciddi riayət etmələrini bir daha tövsiyə edirik.

Bu barədə "Unikal"-a açıqlamasında Bakı Şəhər DYP-nin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, xüsusilə dəniz kənarında istirahət edən şəxslərin yolun hərəkət istiqamətində avtomobil saxlamasınlar:

“Xüsusilə sürət həddi yüksək olan yollarda - Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Xəzər, Səbail və Abşeron rayonların ərazisində yol kənarında ümumi istifadədə olan yollarda maneələr yaratmasınlar. Hər hansı istehlak ehtiyaclarını ödəmək məqsədilə yol kənarında yerləşən iaşə obyektlərinin, ticarət müəssisələrinin kənarında dayanma-durma qaydalarının tələblərini pozmamağa çağırırıq. Bu cür davranışlar digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olur. Hər kəsə qaydalara düzgün riayət etməli olduqlarını bir daha xatırlatmaq istəyirik”.

Şərhlər

XƏBƏR LENTİ