DYP bu sürücülərə MÜRACİƏT ETDİ
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi avtobus dayanacaqlarnda qanunsuz park edən sürücülərə müraciət edib.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, qanuna əsasən, avtobus dayanacaqlarnda qanunsuz park edən sürücüləri 40 manat məbləğində cərimə nəzərdə tutulur:
"Paytaxt ərazisində ictimai nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini, eləcəcə də ictimayi nəqliyyatdan istifadə edən sərnişinlərin yolun hərəkət hissəsində təhlükə qarşısında qalmamasını təmin etmək məqsədilə sürücülərdən avtobus dayanacaqları və ona yaxın 15 metrlik ərazidə dayanma-durma tələblərinə ciddi şəkildə riayət etməyi xahiş edirik. Əks təqdirdə, hər bir sürücü bilməlidir ki, bu əməl İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə uyğun olaraq, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12 , 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması tələbinin pozulması kimi qiymətləndirilərək 40 manat məbləğində cərimə nəzərdə tutur. Qayda pozuntularının aşkarlanması paytaxtın küçə və prospektlərində əsasən xüsusi texniki vasitələrlə avtomatik rejimdə tətbiq olunur".
"Bakı şəhəri üzrə avtobus dayanacaqlarında 2022-ci il ərzidə 25 000-dən çox qayda pozuntusu aşkar edilib. Hər bir hərəkət iştirakçısından yollarda digər sürücülərə qarşı münasibətdə, həmçinin avtobusdan istifadə edən şəxslərin hüquqlarına hörmətlə yanaşmağı, inzibati məsuliyyət yaradan hallardan çəkinməyi və nəticədə paytaxt yollarında nəqliyyat axınını düzgün formada idarə olunmasına, süni sıxlıqların olmaması üçün anlayışlı münasibət göstərməyi xahiş edirik", - A.Əsgərli vurğulayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?