SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu sahədə çalışanların maaşları ARTDI

Bu sahədə çalışanların maaşları ARTDI

Tarix:

5-04-2022, 10:11

/ 398 dəfə oxundu.
Bu sahədə çalışanların maaşları ARTDI

“Bakı Metropoliteni” QSC-nin əməkdaşlarının əməkhaqları artırılıb.

Artım barədə qərar ötən ay verilsə də, yanvar, ferval aylarına da şamil edilib.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

O bildirib ki, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən əməkhaqları 20 faiz artırılıb:

“Əmr mart ayında verilib. Buna baxmayaraq, artım yanvar və fevral aylarına da şamil edilib”.

Şərhlər

XƏBƏR LENTİ