“Bakı Metropoliteni” maşinistin ölümü ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib. Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib.
"Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır", - Bəxtiyar Məmmədov vurğulayıb.
***
09:15
Bakı metrosunda maşinist qatar idarə edərkən dünyasını dəyişib.
Modern.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu "Avtovağzal" metrostansiyasında təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.