SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda təntənəli Novruz bayramı tədbiri keçiriləcək

Bakıda təntənəli Novruz bayramı tədbiri keçiriləcək

Tarix:

17-03-2022, 20:23

/ 438 dəfə oxundu.
Bakıda təntənəli Novruz bayramı tədbiri keçiriləcək

Martın 19-da İçərişəhər ərazisində təntənəli Novruz bayramı tədbirləri keçiriləcək.

Bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, açılış saat 17.00-da canlı musiqilər, alov şousu ilə başlayacaq:

"Saat 19:30-da ənənəvi bayram tonqalı qalanacaq. Daha sonra bayram şənliyi yallı rəqsi, canlı musiqi nömrələri ilə davam edəcək".

Qeyd edək ki, bundan öncə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mövcud epidemioloji şərait nəzərə alınaraq paytaxt ərazisində kütləvi tədbirlərin keçirilməyəcəyini açıqlamışdı.

Şərhlər

XƏBƏR LENTİ