Bakıda İlaxır çərşənbə və Novruz mərasimləri TƏXİRƏ SALINIR
Martın 16-sı Azərbaycanda İlaxır çərşənbədir. Ardıcıl olaraq gələn Su, Od və Yel çərşənbələrindən sonra sonuncu - Torpaq çərşənbəsi qeyd ediləcək.
Hər il böyük təntənə ilə keçirilən bayram bu il pandemiya səbəbilə geniş qeyd olunmayacaq. Həmçinin, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən metrostansiyaların yaxınlığında təşkil edilən bayram yarmarkaları da keçirilməyəcək.
BŞİH-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, pandemiya dövründə kütləvi tədbirlərin təşkili ilə bağlı qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir.
İndiyədək quruma bayram tədbirlərinin təşkili, o cümlədən, atəşfəşanlıqla bağlı hər hansı göstəriş verilməyib.
Qeyd edək ki, hər il Novruz bayramı ərəfəsində şəhərin bəzədilməsi, “İçərişəhər”dən, “Qız qalası”ndan başlayan tədbir Dənizənarı bulvara qədər uzanırdı. Tədbirdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, həmçinin bir sıra rəsmilər iştirak edirdi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək