SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vilayət Eyvazov DİN-in qadın əməkdaşlarını təbrik etdi

Vilayət Eyvazov DİN-in qadın əməkdaşlarını təbrik etdi

Tarix:

8-03-2022, 13:21

/ 334 dəfə oxundu.
Vilayət Eyvazov DİN-in qadın əməkdaşlarını təbrik etdi

Vilayət Eyvazov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) qadın əməkdaşlarını və hərbi qulluqçularını təbrik edib

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) qadın əməkdaşlarını və hərbi qulluqçularını təbrik edib.

Xalqxeber.az DİN-in feysbuk səhifəsinə istinadla xəbər verir ki, təbrik müraciətində zəngin mədəni dəyərlərimizin qorunub saxlanılmasında müstəsna xidmətlər göstərmiş Azərbaycan qadınının həmişə saflığı və sədaqəti ilə seçildiyi, cəmiyyətimizin və hər bir ailənin etibarlı mənəvi dayağı olduğu vurğulanıb.

Qeyd olunub ki, bu gün də ölkəmizin ictimai həyatında mühüm rol oynayan və dövlət quruculuğunda fəal iştirak edən qadınlar öz gücünü, enerjisini müstəqil Azərbaycanın qüdrətlənməsinə və davamlı inkişafına sərf edir, eyni zamanda, vətənpərvər, torpağını, yurdunu sevən mübariz gənc nəslin yetişməsinə müstəsna töhfələr verirlər.

Qurub-yaratmaq əzmi tükənməyən Azərbaycan qadınının cəmiyyətimizin həyatında səyləri, mədəniyyətlərarası dialoqun formalaşdırılmasında misilsiz xidmətləri respublikamızın hüdudlarından kənarda da yüksək qiymətləndirilir.

"Daxili işlər orqanlarında və Daxili Qoşunlarda çalışan qadınların da öz məsul və şərəfli vəzifələrini layiqincə yerinə yetirdiklərini, böyük məmnunluqla qeyd edərək, bu əlamətdar gündə hamınıza möhkəm cansağlığı, ailə səadəti və xoşbəxtlik, xidmətdə uğurlar arzulayıram”, - deyə general-polkovnik Vilayət Eyvazovun təbrik müraciətində bildirilib.

Şərhlər

XƏBƏR LENTİ