SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Tahir Mirkişilinin Seçicilərinin Gözləri Yolda Qalıb: Deputat Niyə Görsənmir?

Tahir Mirkişilinin Seçicilərinin Gözləri Yolda Qalıb: Deputat Niyə Görsənmir?

Tarix:

20-02-2022, 18:30

/ 505 dəfə oxundu.
Tahir Mirkişilinin Seçicilərinin Gözləri Yolda Qalıb: Deputat Niyə Görsənmir?

Xəbəral.az xəbər verir ki, Tahir Mirkişili Məclisinin VI çağırış deputatıdır. 42 saylı Sumqayıt 2-ci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olaraq Milli Məclisə seçilib.

2020-ci il martın 10-da Milli Məclisin ilk toplantısında, Tahir Mirkişiliyə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə sədrilik etmək tapşırılıb. Tahir Mirkişilinin yaşadığı Sumqayıt şəhərində neçə-neçə Şəhid ailələri, Qarabağ Qaziləri, imkansız ailələr var. Niyə bircə dəfə onların problemləri ilə maraqlanmır ? Axı Tahir Mirkişilini deputat, secicilərinin səsləri edib?!

Xəbəral.az-a Sumqayıtdan verilən məlumata görə, Tahir Mirkişili Deputat seçiləndən bu yana seçiciləri ilə çox az sayda görüşü olub. Keçirdiyi görüşlərdə formalnı, yani əksər vaxtı qəbulu özü yox köməkçisi edir.Buda Sumqayıt sakinlərində ciddi narahatçılıq yaradır.Sakinlər qeyd edir ki, Tahir Mirkişili Deputatlığa namizəd olan da, seçicilərinə çox vədlər versə də, təəssüf olsun hamısı boş-boş sözlər oldu.

Bir sözlə seçiciləri Tahir Mirkişilini axtarır…

Deyilənə görə, Cənab deputat əsl tikinti maqnatı, göydələn biznesinin həvəskarıdır. Harda uca bina görür xəyalı uçur Xırdalana, orda yer götürür, sonra banklardan külli miqdarda kredit götürür…hərdən milyonlarla krediti batırır…amma hərdən “Qaçqınkom”dakı dostları ona dəstək də olur. Bəli, “Qaçqınkom”un sədri Rövşən Rzayev cənab deputatın şirkəti olan “Abşeron City”-yə tender məsələsində lazım olan köməyi edir. Söhbət “Abşeron City”dən düşmüşkən… Xırdalan şəhərində yerləşən “Abşeron City” yaşayış kompleksi vətəndaşları incitməkdə davam edir. Şirkət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, bu azmış kimi, hələ müştəriləri də borclu çıxarır.

Mövzuya qayıdacağıq…

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.

Şərhlər

XƏBƏR LENTİ