SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Apteklərdən ucuz dərmanlar niyə yoxa çıxıb? — Həkimdən AÇIQLAMA

Apteklərdən ucuz dərmanlar niyə yoxa çıxıb? — Həkimdən AÇIQLAMA

Tarix:

12-02-2022, 19:11

/ 497 dəfə oxundu.
Apteklərdən ucuz dərmanlar niyə yoxa çıxıb? — Həkimdən AÇIQLAMA

Son vaxtlar apteklərdə ucuz dərmanlar tapılmır. Bəzi vətəndaşlar deyirlər ki, xüsusilə də virusların geniş yayıldığı bu dövrdə hər kəs üçün əlçatan olması baxımından apteklərdə ucuz dərmanların satışının təşkili daha yaxşı olardı. Söhbət Rusiya istehsalı olan və qiyməti Avropa istehsallı dərmanlardan ucuz olan dərmanlardan gedir. Vətəndaşların sözlərinə görə, indiyədək almağa öyrəşdikləri dərmanlar ucuz olsa da, bu dərmanlar soyuqdəymə, qrip və ürək ağrıları kimi səhhətdə yaranan ənənəvi problemləri aradan qaldırmağa imkan verirdi. Əczaçılar isə deyirlər ki, belə dərmanların tapılmaması onların ümumiyyətlə depoda olmamasından qaynaqlanır.

Məsələ ilə bağlı həkim infeksionist Mərdan Əliyev Demokrat.az-a açıqlamasında təsdiqləyib ki, həqiqətən də son günlər apteklərdə ucuz qiymətə olan, xüsusilə də Rusiya istehsalı olan dərmanlar tapılmır:

Apteklərdən ucuz dərmanlar niyə yoxa çıxıb? — Həkimdən AÇIQLAMA

“Son günlər daha çox istifadə olunan və Rusiya istehsalı olan dərmanlara apteklərdə rast gəlinmir. Amma bunun səbəbi nədir? Həqiqətən də, obyektiv bir haldırmı, yoxsa subyektivdirmi? Bütün bunlar həqiqətən də, sual doğurur. Açığı yaxşı olardı ki, bu məsələlərə Səhiyyə Nazirliyi və dərman təchizatçıları aydınlıq gətirsinlər”.

Şərhlər

XƏBƏR LENTİ