Dərman bazarında qıtlıq var - Səbəb nədir? - VİDEO
Apteklərdə bəzi dərmanlar tapılmır. Vətəndaşların sözlərinə görə, əsasən ucuz dərman preparatlarının qıtlığı müşahidə edilir. Təklif edilən əvəzedicilər isə qat-qat bahadır.
Bəsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, apteklərin dərman vasitələri ilə təminatı Nazirliyin səlahiyyətləri daxilində deyil.
Nazirliyinin Analitik Ekspertiza Mərkəzi isə yalnız dərman preparatlarının dövlət qeydiyyatına alınması və keyfiyyətə nəzarəti həyata keçirir.
Dərman vasitələri əsasən Türkiyə, Rusiya, Ukrayna, Hindistan və digər Avropa ölkələrindən idxal olunur. Dövlət Reyestrində 5567 adda dərman preparati qeydiyyatdan keçib və idxalçı şirkətlərin sayı 80-dən çoxdur.
Sözügedən özəl şirkətlərdən bir-neçəsi ilə əlaqə saxladıq. Şirkətlər bəzi dərmanların tapılmaması ilə bağlı ünvanladığımız sualları cavablandırmaqdan boyun qaçırdılar.
Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, səhiyyə sahəsi üzrə ekpert Aydın Əliyevin sözlərinə görə, əksər dünya ölkələrində dərman bazarına nəzarət səhiyyə qurumlarına həvalə edilir. Ölkəmizdə isə bu mühüm sahə özəl şirkətlərin öhdəsinə buraxılıb.
Ekspert mövcud problemə səbəb olan amillərə də diqqət çəkib.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb