SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qarabağda savaşsa da... SÜBUT EDƏ BİLMİR... - Nazirliksə əksini deyir...

Qarabağda savaşsa da... SÜBUT EDƏ BİLMİR... - Nazirliksə əksini deyir...

Tarix:

10-02-2022, 16:24

/ 494 dəfə oxundu.
Qarabağda savaşsa da... SÜBUT EDƏ BİLMİR... - Nazirliksə əksini deyir...

Salyan rayon sakini, 1959-cu il təvəllüdlü Məmiyev Məhəmməd Mehdiqulu oğlu "Hürriyyət"ə müraciət edərək bildirir ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də nə "Müharibə veteranı" vəsiqəsini, nə də hərbi biletini ala bilmir. O Birinci Qarabağ müharibəsində iştirakı ilə bağlı əlində faktlarının olduğunu vurğulayıb:

"Mən 1992-ci ildə Qarabağ döyüşlərində iştirak etmişəm. Salyan rayon Hərbi Komissarlığı tərəfindən xidmətə yollanmışam. Füzuli şəhərində 839 nömrəli hərbi hissənin tərkibində döyüşlərdə olmuşam. Eyni zamanda, 1992-ci ildə əsgərlərlə Azərbaycan televiziyası konsert çəkilişi aparıb. Bu televiziyada yayımlanıb. Mənim orda iştirakım da görünür. Dəfərlə aidiyyatı qurumlara müraciət etməyimə baxmayaraq mənə "Müharibə veteranı" vəsiqəsi verilmir. Bundan əlavə mənə hərbi biletim də təqdim edilmir".

Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibi Elbrus Mehdixanov "Hürriyyət"in sorğusuna cavab olaraq bildirib ki, vətəndaş Məmiyev Məmməd Mehdiqulu oğluna "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə bağlı komissiyanın iclasında baxılıb, lakin müsbət qərar qəbul edilməmişdir:

"Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş elektron məktubunuza cavab olaraq təkrar bildiririk ki, vətəndaş Məmiyev Məmməd Mehdiqulu oğluna "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın 19.03.2021-ci il tarixli iclasında baxılmış və 760 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir".

"Hürriyyət"

Şərhlər

XƏBƏR LENTİ