SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Qarabağ qazisinə hərbi bilet verilmir - AXI NİYƏ?!

Qarabağ qazisinə hərbi bilet verilmir - AXI NİYƏ?!

Tarix:

15-12-2021, 18:36

/ 588 dəfə oxundu.
Qarabağ qazisinə hərbi bilet verilmir - AXI NİYƏ?!

Şirvan şəhəri sakini Məmmədov Elşən Hüseynqulu oğlu "Hurriyyət"ə müraciət edərək, ona hərbi biletinin verilməməsindən narazılığını ifadə edib. Birinci Qarabağ müharibəsi qazisi olan şikayətçi deyir ki, dəfələrlə aidiyyatı qurumlara və xüsusəndə Şirvan şəhəri üzrə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsinə baxmayaraq ona hərbi bileti təqdim edilmir:

"1991-1994-ci illərdə Birinci Qarabağ müharibəsində döyüşlərdə olmuşam. Döyüşlərdə yaralanandan sonra başımda pozğunluq yaranmağa başladı. Üç ay Müdafiə nazirliyinin hospitalında yatmışam. Bu günə kimi hərbi biletimi ala bilməmişəm. Hazırda müvəqqəti olaraq hərbi bilet verilib. Arxivə də müraciət göndərmişəm. Bildiririrlər ki, atam haqqında məlumat var. Amma mənim haqqımda məlumat yoxdur. Xəstəxanada yatdığım vaxtlarda yaralanmağımla bağlı sənədim də var. Buna baxmayaraq hərbi biletim verilmir. Əgər, döyüşlərdə yaralanmağımla bağlı əlimdə sənədim varsa, niyə hərbi biletim verilmir?...Şirvan şəhər Hərbi komissarlığından dedilər ki, Arxiv idarəsinə müraciət edim. Lakin, arxiv idarəsi də mənimlə bağlı məlumatların olmadığını deyir. Buna görə də Şirvan şəhər Hərbi Komissarlığı müraciətimə baxmır və mənə də hərbi bilet verilmir. İcra Hakimiyyətinə də müraciət etmişəm. Amma müraciətimə baxılmır. Məni ölü kimi qeydə alıblar. Xahiş edirəm ki, aidiyyatı qurumlar müraciətimə baxsınlar".

Ümid edirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qarabağ qazisinin müraciəti ilə bağlı araşdırma aparacaq və öz köməkliyini əsirgəməyəcək.

Şərhlər

XƏBƏR LENTİ