SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İslamın baldızı əməliyyat zamanı öldü

İslamın baldızı əməliyyat zamanı öldü

Tarix:

22-05-2017, 12:04

/ 68 361 dəfə oxundu.
İslamın baldızı əməliyyat zamanı öldü

Tanınmış aktyor İslam Mehrəliyevin baldızı Fatma Nağıyeva vəfat edib.
Musiqili Teatrın kostyum şöbəsinin əməkdaşı əməliyyat zamanı dünyasını dəyişib.

35 yaşlı Nağıyevanın qaraciyəri sıradan çıxıb və o, həyatını itirib.

Mövzu ilə bağlı İslam Mehrəliyevl bildirib ki, baldızının əməliyyatı zamanı qaraciyərində gizli proses gedib:

“Dəqiq hansı klinikada əməliyyat olunduğunu bilmirdik. Çünki ciddi bir xəstəliyi yox idi. Yüngülvari əməliyyat olunacaqdı. Birdən- birə qanı azalıb, halı pisləşib, qan köçürüblər. Daha sonra gecə xəbər gəldi ki, keçinib. Özümüz şoka düşdük, hadisə dünən səhərə yaxın olub.

Həkim səhlənkarlığının olması barədə dəqiq məlumatım yoxdu. Əməliyyat zamanı qaraciyərində gizli proses gedib, hadisə bundan sonra baş verib”.

Qeyd edək ki, ilk dəfə məlumatı milli.az saytı yayıb.

Şərhlər

XƏBƏR LENTİ