SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Omikron ştamından ölüm halları yüksək deyil" - ÜST

"Omikron ştamından ölüm halları yüksək deyil" - ÜST

Tarix:

11-01-2022, 16:00

/ 457 dəfə oxundu.
"Omikron ştamından ölüm halları yüksək deyil" - ÜST

Avropa və Mərkəzi Asiya regionundakı 53 ölkədən 50-də artıq COVID-19-un Omicron ştamı qeydə alınıb.

Xalqxeber.az-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Kluqe mətbuat brifinqində deyib.

“Omicron ştamı artıq Qərbi Avropada ən çox yayılan virusa çevrilir və indi Balkanlarda yayılmaqdadır”, - Kluqe qeyd edib.

O bildirib ki, ABŞ-ın Sağlamlıq Ölçməsi və Qiymətləndirmə İnstitutunun hesablamalarına görə, əgər bu ştam belə sürətlə yayılmağa davam edərsə, yaxın 6-8 həftə ərzində regionda əhalinin 50%-dən çoxu Omicrona yoluxacaq.

ÜST rəsmisi vurğulayıb ki, bu ştam çox sürətlə yayılsa da, yoluxanların çoxunda asimptomatik hallar qeydə alınır, ölüm halları yüksək deyil: “Omicron insan hüceyrələrinə daha asan yapışan mutasiyadır. Ona görə də hətta əvvəllər yoluxmuş və ya peyvənd olunmuş şəxslər də Omicrona yoluxa bilər. Ancaq bir daha qeyd edim ki, hazırda təsdiqlənmiş peyvəndlər Omicron da daxil olmaqla ağır xəstəliklər və ölümlərə qarşı yaxşı qorunma təmin edir”.

Şərhlər

XƏBƏR LENTİ