SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Koronavirusun yeni ştamı aşkarlandı

Koronavirusun yeni ştamı aşkarlandı

Tarix:

25-11-2021, 09:20

/ 429 dəfə oxundu.
Koronavirusun yeni ştamı aşkarlandı

Koronavirusun digərlərindən daha ağır ola biləcək daha bir ştamı aşkarlanıb.

Xalqxeber.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Məlumata görə, yeni ştam artıq Cənubi Afrika Respublikası, Botsvana və Honq-Konqda qeydə alınıb. B.1.1.529 adlı yeni COVID-19 ştamı ilə on yoluxma müəyyən edilib.

Ştamın tərkibində 32 mutasiya var ki, onlardan bəziləri yüksək ötürülmə qabiliyyəti və vaksinlərə qarşı müqaviməti ilə seçilir.

Mutasiyalar zəif immun sistemi olan, o cümlədən HİV və ya QİÇS xəstələrini daha tez yoluxdurur.


Şərhlər

XƏBƏR LENTİ