SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu halda COVID pasportunuz ləğv ediləcək - RƏSMİ

Bu halda COVID pasportunuz ləğv ediləcək - RƏSMİ

Tarix:

28-12-2021, 18:08

/ 496 dəfə oxundu.
Bu halda COVID pasportunuz ləğv ediləcək - RƏSMİ

"Buster dozanın vurulması ciddi tövsiyə olunur. 1 milyon 200 mindən çox vətəndaş buster doza alıb və bu, davam edir".

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Prezidentin köməkçisi bildirib ki, fevralın 15-dən sonra COVID-19 pasportlarının müddəti 6 ay müəyyən olunur:

“İkinci dozadan 6 ay sonra pasport vaxtı keçmiş hesab olunur. Yəni, 6 aydan sonra vaxtı bitmiş pasportla müəyyən edilən yerlərə daxil olmaq mümkün olmayacaq. Bunun üçün də buster dozadan istifadə etmək tövsiyə olunur”.

Şərhlər

XƏBƏR LENTİ