XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » COVID-19 pasportunun müddəti bitən şəxslər qapalı məkanlara buraxılmayacaq

COVID-19 pasportunun müddəti bitən şəxslər qapalı məkanlara buraxılmayacaq

COVID-19 pasportunun müddəti bitən şəxslər qapalı məkanlara buraxılmayacaq
28-12-2021, 18:27

Gələn il fevralın 15-dən sonra vaxtı keçmiş COVID-19 pasportu ilə qapalı məkanlara giriş qadağan edilir.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda müəyyən yerlərə yalnız COVID-19 pasportu ilə daxil olmaq mümkündür: “Ancaq vaxtı keçmiş COVID-19 pasportu ilə həmin məkanlara daxil olmaq mümkün olmayacaq. Bu məhdudiyyətlər fevralın 15-dən tətbiq olunacaq”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.