SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Beş ay əvvəl koronavirusa yoluxanlar da peyvənd olunacaq

Beş ay əvvəl koronavirusa yoluxanlar da peyvənd olunacaq

Tarix:

8-09-2021, 18:40

/ 597 dəfə oxundu.
Beş ay əvvəl koronavirusa yoluxanlar da peyvənd olunacaq


Bu gündən etibarən son 5 ayda COVID-19 testi pozitiv çıxan şəxslər vaksinasiya oluna bilərlər. 

Bununla bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumat yayıb. 

Bildirilir ki, bunun üçün randevu.its.gov.az saytına daxil olaraq koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.
 
Qeyd edək ki, “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. Əlavə məlumat üçün bildiririk ki, immunitet və peyvənd sertifikatları 24 saat ərzində elektron sistemdə öz əksini tapır.

Şərhlər

XƏBƏR LENTİ