SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakı Slavyan Universitetindən -AÇIQLAMA

Bakı Slavyan Universitetindən -AÇIQLAMA

Tarix:

29-04-2021, 18:39

/ 599 dəfə oxundu.
Bakı Slavyan Universitetindən -AÇIQLAMA

Bakı Slavyan Universitetinin kütləvi informasiya vasitələri üçün 
Məlumatı 
Hörmətli media nümayəndələri!
29 aprel 2021-ci il tarixdə ölkə mətbuatında "140 min manatı mənimsəyən şöbə müdirinə cinayət işi açıldı"sərlövhəli yazı dərc edilib. Həmin yazı ilə əlaqədar olaraq bildiririk ki, Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva bu ali təhsil müəssisəsinin Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri, dosent Dürdanə Əliyevanın çoxsaylı qanunsuz əməlləri(hətta universitetə aid olmayan) ilə bağlı müvafiq qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edib. Hazırda Baş Prokurorluq tərəfindən həyata keçirilən intensiv istintaq tədbirləri davam etdirilir. Diqqətinizə bir faktı da çatdırmağı məqsədəuyğun hesab edirik ki, Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsində təhsil alan tələbələr və onların valideynləri tərəfindən bu məsələ ilə bağlı kütləvi informasiya vasitələrinə müraciət edilməyib və bu məlumatın heç bir əsası yoxdur.
Hörmətlə,
Mənsur İbrahimov,
Bakı Slavyan Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri

Şərhlər

XƏBƏR LENTİ