SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Eks-deputat: "Gömrük Komitəsi qohumbazlıqdan qaynaqlanan qurum kimi gülüş obyektinə çevrilib"

Eks-deputat: "Gömrük Komitəsi qohumbazlıqdan qaynaqlanan qurum kimi gülüş obyektinə çevrilib"

Tarix:

19-05-2021, 13:37

/ 620 dəfə oxundu.
Eks-deputat: "Gömrük Komitəsi qohumbazlıqdan qaynaqlanan qurum kimi gülüş obyektinə çevrilib"

Nazim Bəydəmirli: "Gömrük orqanlarının vergilər xidməti ilə birləşdirilməsi zamanın tələbidir"

"Azərbaycanda istənilən dövlət qurumunda istintaq tədbirləri keçirilirsə, həbslər olursa, deməli, orda daxili çəkişmələr var və bunun nəticəsi olaraq sözügedən tədbirlər həyata keçirilir. Həmçinin, bu proses həmin qurumun rəhbərliyinin hansısa işçisinin və ya tabeliyində olan adamların "vurulması" kimi qiymətləndirilir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, iqtisadçı Nazim Bəydəmirli son günlər gömrük orqanlarında aparılan əməliyyatları dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, ötən gün Bakı Baş Gömrük İdarəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilib və saxlanılanlar var:

"Bu həbslərin həyata keçirilməsi ilə bağlı  mətbuata sızdırılan informasiyaya gəlincə, buna ümidlənən və gömrük orqanlarında "təmizlik" işlərinin aparılmasına sevinən insanlar oldu. Lakin birgə əməliyyatların keçirilməsi ilə bağlı açıqlama ilə onların "sevinci" uzun çəkmədi. O insanların illər boyu gömrük keçid məntəqələrində üzləşdikləri çətinlik və kobudluq nəzərə alındıqda, bu, gözlənilən idi. Ölkə başçısı da bir neçə il əvvəl gömrük orqanlarında baş verən hadisələrin ölkənin imicinə mənfi təsir göstərməsini dilə gətirərək, buna öz iradını bildirmişdi. 

Bu gün gömrük orqanları barədə cəmiyyətdə müəyyən fikirlər formalaşıb, Dövlət Gömrük Komitəsi qohumbazlıqdan, regionçuluqdan qaynaqlanan qurum kimi gülüş obyektinə çevrilib. Gömrük orqanlarının əsas fəaliyyəti iqtisadi təhlükəsizliyi təmin etmək, daxili istehsalı stimullaşdırılmaq, həmçinin fiskal siyasəti həyata keçirməkdən ibarətdir. 

Onu da qeyd edim ki, bu fəaliyyətlərin hər ikisi gömrük orqanları tərəfindən normal idarə olunmur, çünki daxili istehsal qorunmuş olsaydı, ölkəyə daxil olan məhsullardan əldə edilən əlavə dəyər vergisi son 5 ildə artan templə getməzdi. Bu rəqəm 2,5 dəfə artıb, amma əksinə, ölkədə istehsal olunan mallardan əldə edilən ƏDV 10 faiz azalıb. Bu, o deməkdir ki, gömrük orqanının əsas vəzifəsi olan daxili istehsalı stimullaşdırılmaq, iqtisadi təhlükəsizliyi təmin etmək istiqamətində atdığı addımlar nəticə verməyib. Ölkə getdikcə xarici istehsalçılardan daha çox asılı vəziyyətə düşür". 

Şərhlər

XƏBƏR LENTİ