SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sabah Şuşada bayram namazı qılınacaq

Sabah Şuşada bayram namazı qılınacaq

Tarix:

12-05-2021, 12:04

/ 906 dəfə oxundu.
Sabah Şuşada bayram namazı qılınacaq

29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın dilbər güşəsi Şuşada Ramazan bayramı namazı qılınacaq.

Bu barədə Bakı Media Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bakı Media Mərkəzi Qarabağın mirvarisı Şuşada baş tutacaq İslam aləminin Müqəddəs ayı ilə bağlı bayram namazının çəkilişini və canlı yayımını həyata keçirəcək. Şuşadan birbaşa canlı yayıma mayın 13-ü saat 09:00-da İctimai TV, REAL TV və Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti vasitəsilə baxmaq mümkün olacaq.

Şərhlər

XƏBƏR LENTİ