SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı məscidlərində bayram namazı qılınıb

Bakı məscidlərində bayram namazı qılınıb

Tarix:

5-06-2019, 11:39

/ 790 dəfə oxundu.
Bakı məscidlərində bayram namazı qılınıb

Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Bayramla əlaqədar ilk Fitr namazı saat 08:00-da Bakıda “Əjdərbəy” məscidində qılınıb.

Təzə Pir məscidində bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

"Məşədi Dadaş" məscidində də bayram namazında xeyli insan iştirak edib.

Qeyd edək ki, mayın 5 və 6-da Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda mayın 6-də başlayıb.

Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxmalıdır. Qazılar Şurasının qənaətinə görə, bu günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Şərhlər

XƏBƏR LENTİ