SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » AZAL Türkiyənin bu şəhərlərinə uçuşları DAYANDIRIR

AZAL Türkiyənin bu şəhərlərinə uçuşları DAYANDIRIR

Tarix:

28-04-2021, 17:30

/ 470 dəfə oxundu.
AZAL Türkiyənin bu şəhərlərinə uçuşları DAYANDIRIR

"Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyənin paytaxtı Ankaraya, eləcə də İstanbul şəhərinə uçuşları müvəqqəti dayandırır.
Bakı - Ankara - Bakı aviareysləri (J2 103/104) aprelin 29-dan mayın 13-nə qədər, Bakı - İstanbul - Bakı aviareysləri (J2175/176) aprelin 29-dan mayın 16-na qədər yerinə yetirilməyəcək.
Bununla yanaşı, mayın 12-nə planlaşdırılan Bakı - Antalya - Bakı aviareysi (J2 125/126) də baş tutmayacaq.
Buna səbəb təlabatın az olmasıdır. Sərnişinlər aldıqları aviabiletləri "Türk Hava Yolları" şirkətinin reyslərinə dəyişə bilərlər. Bununla yanaşı, aviabiletləri cəriməsiz AZAL-ın istənilən tarixə olan reysinə dəyişdirmək və yaxud qaytarmaq da mümkündür.

Şərhlər

XƏBƏR LENTİ