XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərdən bilet alanların nəzərinə!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərdən bilet alanların nəzərinə!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərdən bilet alanların nəzərinə!
13-06-2020, 13:04

Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan və Naxçıvan-Bakı reyslərinə aviabilet əldə edən, lakin karantin şəraitində uçuşların dayandırılması ilə əlaqədar həmin aviabiletdən istifadə edə bilməyən sərnişinlərə təkrar müraciət edib.

Müraciətdə deyilir ki, qeyd edilən sərnişinlər ləğv edilmiş reyslərə aviabiletləri 7 iyul tarixindən (daxil olmaqla) yerinə yetiriləcək reyslər üçün yeni tarixlərə ödənişsiz dəyişə bilərlər.

Reysin yerinə yetirilməsindən imtina edildiyi halda aviabiletin dəyəri həmin sərnişinlərə tam geri qaytarılacaq.

Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərə aviabiletlər üçün ödənilmiş vəsaiti sərnişinlər Nizami küçəsi, 126A ünvanında yerləşən aviaşirkətin xüsusi ofisinə müraciət edərək geri ala bilərlər.

Yeni aviabiletin rəsmiləşdirilməsi üçün [email protected] elektron poçtu vasitəsilə və ya +99412 4934004, +99412 4937121, +99412 5988880 telefon nömrələrinə zəng edərək aviaşirkətin çağrı mərkəzinə müraciət etmək lazımdır.

Xatırladaq ki, iyunun 18-dən etibarən AZAL Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutları üzrə reysləri bərpa edir. Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı həyata keçiriləcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.