SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Aclıq aksiyası keçirən Hüseyn Abdullayevdən XƏBƏR VAR

Aclıq aksiyası keçirən Hüseyn Abdullayevdən XƏBƏR VAR

Tarix:

17-04-2021, 14:02

/ 640 dəfə oxundu.
Aclıq aksiyası keçirən Hüseyn Abdullayevdən XƏBƏR VAR

Xəbər verdiyimiz kimi, bir neçə gündür vergidən yayınmaqda və qanunsuz sahibkarlıqda ittiham edilərək həbs edilən sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev saxlanıldığı müəssisədə aclıq aksiyası keçirir. 
H. Abdullayevin vəkili Elçin Sadıqov dünən müvəkkili ilə görüşdüyünü bildirib. 
O qeyd edib ki, H. Abdullayev ona hələ çəkisinin və təzyiqinin yoxlanılmadığını bildirib: “Kəskin baş ağrılarından, ürəkbulanmadan, qarın nahiyəsi və aşağı hissədə kəskin sancılardan əziyyət çəkir. Dodaq və ətrafında yaralar əmələ gəlib. Heç olmasa, su içməyini israrla xahiş etdim. Bu gün məlumat aldım ki, Hüseyn Abdullayevin bağırsağından qan açılıb”.   

Şərhlər

XƏBƏR LENTİ