SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Şeyxin Ərdoğana yazdığı məktub yayıldı – Mübariz Mənsimovun xahişini edib

Şeyxin Ərdoğana yazdığı məktub yayıldı – Mübariz Mənsimovun xahişini edib

Tarix:

27-03-2021, 18:22

/ 704 dəfə oxundu.
Şeyxin Ərdoğana yazdığı məktub yayıldı – Mübariz Mənsimovun xahişini edib

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun azadlığa çıxması ilə bağlı sensassion fakt üzə çıxıb.
Türkiyədə olan mənbələrdən daxil olan özəl məlumata görə Mübariz Mənsimovun azadlığa buraxılmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rolu olubmuş.
Belə ki, Bütün Qafqazın Şeyxi H.A.Paşazadə iş adamı Mübariz Mənsimovun azadlığa buraxılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana məktub yazıbmış. Etibarlı mənbənin verdiyi məlumata görə, Şeyxin Ərdoğana yazdığı məktubda onun azadlığa buraxılmasını xahiş etməsi əks olunub.
“Mübariz Mənsimovun atasının ağır xəstə olmasını,anasının ahıl yaşını, öhdəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, Zati-ailələrinizin ali mərhəmətinə güvənərək rica edirik ki, Türkiyə ədalət məhkəməsi sürəcində Mübariz Mənsimova mərhəmət nümayiş etdirərək, həbsin ev şəraiti ilə əvəz olunmasına yardımçı olasınız”, deyə Şeyxülislam Hacı Allahşükür Paşazadə Ərdoğana yazdığı məktubda qeyd edib.
Türkiyədə olan etibarlı mənbənin oxu24.com saytına verdiyi məlumata görə, qeyd olunan məktubdan sonra Mübariz Mənsimov azadlığa buraxılıb. Mənbənin bildirdiyinə görə, Mübariz Mənsimovun azadlığa buraxılmasında Şeyxin Ərdoğanın yanında xüsusi nüfuza və hörmətə sahib olmasının mühüm rolu olub.
Qeyd edək ki, sözügedən məktubu Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Yepiskopu Vladimir Fekete də imzalayıb.

Şərhlər

XƏBƏR LENTİ