SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Məhkəmə Mübariz Mənsimovun həbsinə qərar verdi

Məhkəmə Mübariz Mənsimovun həbsinə qərar verdi

Tarix:

17-03-2020, 10:50

/ 1 411 dəfə oxundu.
Məhkəmə Mübariz Mənsimovun həbsinə qərar verdi

Tükiyədə saxlanılan azərbaycanlı iş adamı Mübariz Mənsimov məhkəməyə aparılıb.

Türkiyə KİV-ə istinadən xəbər veririk ki, “Palmali Şirkətlər Qrupu”nun prezidenti hakim qarşısına çıxarılıb.

Məhkəmə onun barəsində həbs qərarı verib. Onunla birlikdə saxlanılan şirkətin meneceri Nuray Nurcahan Peker polis nəzarətinə verilməklə şərti azadlığa buraxılıb.

Xatırladaq ki, M.Mənsimov martın 15-də İstanbul Prokurorluğu tərəfindən FETÖ ilə bağlı araşdırma çərçivəsində saxlanılıb. Həmin gün iş adamına məxsus evlərdə axtarış aparılıb.

Şərhlər

XƏBƏR LENTİ