SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cavid Qurbanovun suya düşən baş nazirlik xəyalı... - İLGİNC İDDİALAR...

Cavid Qurbanovun suya düşən baş nazirlik xəyalı... - İLGİNC İDDİALAR...

Tarix:

12-03-2021, 13:03

/ 1 125 dəfə oxundu.
Cavid Qurbanovun suya düşən baş nazirlik xəyalı... - İLGİNC İDDİALAR...

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov son vaxtlar mətbuatın ən çox tənqid etdiyi məmurlardan biri, bəlkə də birincisidir. Hətta ən ali siyasi iradə - Prezident səviyyəsində də ADY rəhbəri ilə bağlı neqativlər açıqlanmaqdadır ki, bütün bunlar da Cavid Qurbanov üçün irəlidə heç də xoş olmayan bir dönəmdən xəbər verməkdədir. Şübhəsiz, bunun da bir çox əsaslı səbəbləri vardır. Bununla bağlı DİA.AZ-a danışan mənbə iddia edir ki, əslində köhnə cəbhəçi komandanın tək-tük yadigarlarından olan Cavid Qurbanov hələ də iqtidar düşərgəsində özünü diskomfort hiss edir.

Mənbənin dia.az-a söylədikləri: "Onu zamanında nə köhnələr səmimi qəbul edib, indi də yeniləşən komandada ona yer olmadığı aşkar şəkildə duyulmaqdadır. "Azəravtoyol"dakı yeyintiləri səbəbindən Qurbanovu bu gün islahatçı-dəmiryolçu kimi qəbul etmək təbii hesab olnmadığı kimi, onun bir kadr olaraq xarakterik xüsusiyyətləri də yeniləşmiş komandada qərarlaşmasını imkansız etməkdədir. Buna görə də özünü yenilərin içində köhnəliyi yaşadan bir "yamaq" kimi hiss etməsi Cavid Qurbanovu təqib edən əsas haldır".

Mənbə xatırladır ki, amma buna rəğmən Cavid Qurbanov nəinki geri durmur, əksinə yeni postlar uğrunda aşkar mübarizədədir. Hətta baş nazir postuna iddialarından da vaz keçmir. Lakin bu iddialar heç də reallığa çevrilməyib və çevrilə də bilməz. Bunu da dia.az-a açıqlamasında mənbə iddia edir: "Amma baş dəmiryolçunun indiki postundan yüksəyə qalxacağı mümkün olmayacaq. Bu isə C.Qurbanovun keçmişi ilə bağlıdır".

Xatırladaq ki, Cavid Qurbanov zamanında Ulu Öndər Heydər Əliyev tərəfindən vəzifəsindən qovulub və məlumatı verən mənbə bildirir ki, Cavid Qurbanova "STOP" qoyulması, onun müəyyən həddə qədər yüksəlişinin sərhədli olması da məhz həmin məqamla əlaqədardır.

Aşağıda təqdim etdiyimiz sənəd həmin keçmiçin bir sübutudur. Hansı ki Cavid Qurbanova köhnə illərini – xəyanət illərini xatırladır.

Mənbə dia.az-a bildirir ki, Cavid Qurbanov nəinki daha böyük vəzifələrə irəli çəkilməyəcək, hətta bundan sonra daha ağır aqibətləri yaşamalı olacaq: "Səlim Müslümovu xatırlamaq lazımdır. O da eynən Cavid Qurbanov kimi meydan sulayırdı... İndi dar bir meydançada ittiham olunacağı günü gözləyir..."

İdaia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq..
Cavid Qurbanovun suya düşən baş nazirlik xəyalı... - İLGİNC İDDİALAR...

Şərhlər

XƏBƏR LENTİ