XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Baş Prokurorluqdan Müşfiq Abbasovla bağlı AÇIQLAMA

Baş Prokurorluqdan Müşfiq Abbasovla bağlı AÇIQLAMA

Baş Prokurorluqdan Müşfiq Abbasovla bağlı AÇIQLAMA
1-03-2021, 13:24

Baş prokurorluq Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovun yenidən istintaqa çağrılması ilə bağlı məsələyə münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Unikal.org-un sorğusuna cavab olaraq bildirilib:

" Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Abbasov Müşfiq Elman oğlu 11 sentyabr 2017-ci ildə yol verdiyi nöqsanlara görə prokurorluq orqanlarindan xaric olunub. Bununla yanaşı, M.Abbasov Bakı şəhəri, Səbail rayon məhkəməsinin 06.12.2017-ci il tarixli hökmü ilə CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 309.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti ilə həmin cəzaya şərti məhkum edilmişdir.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi isə onun törətdiyi yeni cinayət faktları ilə bağlıdır".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.