SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vasif Talıbovun kanatdakı görüntüləri BU FAKTI ORTAYA ÇIXARDI - İLGİNC MƏQAM...

Vasif Talıbovun kanatdakı görüntüləri BU FAKTI ORTAYA ÇIXARDI - İLGİNC MƏQAM...

Tarix:

19-02-2021, 14:30

/ 1 262 dəfə oxundu.
Vasif Talıbovun kanatdakı görüntüləri BU FAKTI ORTAYA ÇIXARDI - İLGİNC MƏQAM...

Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Seymur Talıbovun fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. DİA.AZ xəbər verir ki, fevralın 17-də Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib. Xizək mərkəzində Vasif Talıbov, oğlu və digər rəsmilər kanatdan istifadə ediblər. Sosial şəbəkə istifadəçiləri tərəfindən pandemiya dövründə kanat və qış turiziminin istifadəyə verilməsi tənqid olunur.

Qeyd edək ki, bu faktın sosial şəbəkələrdəki populyarlığı araşdırmaçı-jurnalist Cavanşir Həısənlinin açıqladığı daha bir ilginc məqam səbəbindən yenidən müzakirə predmetinə şevrilib. DİA.AZ bildirir ki, C.Həsənli Naxçıvan şefinin kanatında cövlan etdiyi xizək mərkəzini təftiş edib və ortaya ilginc faktı çıxarıb. Həmin məlumatı C.Həsənliyə istinadən olduğu kimi təqdim edirik:
"Srağagün Şahbuz rayonunda istifadəyə verilmiş Ağbulaq Xizək Mərkəzi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun şəxsi obyektidir.
2018-ci ildən təməli atılan və tikintisinə Muxtar Respublikanın büdcə vəsaitlərinin cəlb olunduğu mərkəz Vasif Talıbovun oğlu Seymur Talıbovun sahibi olduğu NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN «AĞBULAQ İSTİRAHƏT MƏRKƏZİ» MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə məxsusdur.
Seymur Talıbovun 35 yaşı var, sahibi olduğu tək "NƏXŞİCAHAN" qrupuna 35-dən artıq şirkət daxildir, Muxtar Respublikadakı az qala bütün otel müəssisələri, restoran və kafelər, istirahət və əyləncə obyektləri, yanacaqdoldurma stansiyaları, ticarət, sənaye obyektləri və tibb klinikaları bu qrupa daxildir.
Seymur Talıbov eyni zamanda Naxçıvan MR-nın Ali Məclisinin üzvü, Naxçıvan dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentidir".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Vasif Talıbovun kanatdakı görüntüləri BU FAKTI ORTAYA ÇIXARDI - İLGİNC MƏQAM...

Şərhlər

XƏBƏR LENTİ