Vasif Talıbov oğluna toy edir
Bu gün Bakıdakı “Buta” sarayında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymurun toy mərasimi keçiriləcək.
Vasif Talıbov sentyabrın 15-də bir müddət əvvəl Naxçıvan MR-in daxili İşlər naziri vəzifəsinə təyin etdiyi Fazil Ələkbərovla qudalığını rəsmiləşdirəcək.
Seymur Talıbovla Fazil Ələkbərovun qızı 2015-ci ildə nişanlanmış, həmin vaxt F.Ələkbərov Dövlət Miqrasiya Xidmətinin (MR) rəisi vəzifəsini tutsa da, hazırda muxtar respublikanın daxili işlər naziridir.
Seymur Talıbov MR Ali Məclisinin üzvü,”Naxçıvan” Universitetinin prorektoru vəzifəsində çalışır.
Baş tutacaq bugünkü toy məclisinin bəyi Seymur Talıbovla əlaqə saxlayıb. O, toy məclisinin ailə daxilində keçiriləcəyini bildirib.
“Toy mərasimi sadə, milli adət-ənənələrə uyğun, ailə daxilində keçiriləcək. Əlavə heç nəyə ehtiyac yoxdur. Allah bütün ailə həyatı quranları xoşbəxt eləsin!!!”
bizimyol.info

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur