XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » "Azərsu" sədrinin 5 hektarın içində 100 milyonluq dəbdəbəli villası ortaya çıxdı - Video

"Azərsu" sədrinin 5 hektarın içində 100 milyonluq dəbdəbəli villası ortaya çıxdı - Video

"Azərsu" sədrinin 5 hektarın içində 100 milyonluq dəbdəbəli villası ortaya çıxdı - Video
3-02-2021, 10:34

*Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun dəbdəbəli villası ilə bağlı məlumat yayılıb.

PİA.az xəbər verir ki, bloger Mehman Hüseynovun yaydığı məlumata görə, villa Bakının Türkan qəsəbəsində yerləşir.

Xəzərin sahilində yerləşən villanın ərazisi 5 hektardır. Şəxsi çimərliyi olan malikanədə yaxtalar üçün liman, iri hovuz, xeyli sayda zeytun ağacları və futbol meydançası var.

Qorxmaz Hüseynovun Nərimanov rayonunda da belə bir villasının olduğu bildirilir. “Azərsu” sədri hər iki villasında Yaponiyadan gətirdiyi itləri saxlayır, hətta onları öyrətmək üçün müəllim də tutub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.