SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Jurnalistlərə səslənən icraçı direktora dəstək olmağa hazırıq

Jurnalistlərə səslənən icraçı direktora dəstək olmağa hazırıq

Tarix:

23-01-2021, 18:01

/ 709 dəfə oxundu.
Jurnalistlərə səslənən icraçı direktora dəstək olmağa hazırıq

Bu günlərdə “Medianın İnkişafı Agentliyi”nin icraçı direktoru Əhməd İsmayılov jurnalistlərə müraciət edib.

O, “Real TV”yə müsahibəsi zamanı jurnalistlərlə birlikdə hər cür müzakirələrə ​ hazır olduğunu vurğulayıb və onu da qeyd edib ki, “Agentlik olaraq media subyektləri, jurnalistlər və KİV sahəsində çalışan ekspertlər tərəfindən verilən bütün təkliflərə, müzakirələrə hər zaman ​ açığıq. Bir sözlə, onların təkliflərini müzakirə etməyə həmişə hazırıq və istərdik ki, onlar bu istiqamətdə səylərini əsirgəməsinlər”. Biz də belə bir çağırışı nəzərə alırıq və “Medianın İnkişafı Agentliyi”nin rəhbəri tərəfindən irəli sürülən təklifi alqışlayırıq. Azərbaycan mətbuatında fəaliyyət göstərdiyim 23 illik təcrübəmi əsas tutaraq, mən də bu yöndə müəyyən təkliflərimi irəli sürməyə hazıram. Əgər adı çəkilən quruma rəhbərlik edən Əhməd İsmayılov media sahəsinə aid məsələləri müzakirə etmək üçün məni də dəvət edərsə, o halda edilmiş təklifi məmuniyyətlə qəbul edərəm. Əsas odur ki, ictimai-siyasi həyatımızda medianın fəaliyyəti şəffaf olsun və Prezidentin KİVDF-dən sonra yaratdığı qurum hansısa qüvvələr tərəfindən “monopoliya”ya alınmasın. İnanıram ki, Əhməd İsmayılov gənc kadr olaraq, əvvəlki komandanın yolunu davam etdirməyəcək və o, Azərbaycan mətbuatının​ inkişaf etdirilməsi üçün lazımi addımlarını atacaq.

Şirin Cəfəri

Şərhlər

XƏBƏR LENTİ