Əhməd İsmayılov BDU-da tələbə və magistrantlarla görüşdü
15 aprel tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun "Media sahəsində islahatların hüquqi əsasları" mövzusunda ustad dərsi keçirilib.
Tədbirdə Medianın İnkişafı Agentliyinin əməkdaşları, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.
Əhməd İsmayılov bildirib ki, özünəməxsus inkişaf yolu keçmiş Azərbaycan mediası ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı ictimaiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərib. O, media sahəsində islahatların hüquqi əsasları, medianın fəaliyyəti, media etikası, peşəkarlıq standartları ilə bağlı tələbə-jurnalistləri məlumatlandırıb. Xüsusilə medianın cəmiyyətdəki rolu, media subyektləri arasındakı münasibətlərin hüquqi baxımdan tənzimlənməsi və funksiyaları ilə bağlı əsas məqamları diqqətə çatdırıb.
Sonra Əhməd İsmayılov “Media haqqında” Azərbaycan Respublikasının Qanununun əsas müddəalarını şərh edərək, jurnalistlər üçün əhəmiyyətini vurğulayıb. Medianın bugünki problemləri, cəmiyyət və media arasında əlaqələr barədə tələbələrlə fikir mübadiləsi aparılıb.
İnteraktiv formada keçirilən ustad dərsində tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...