SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu halda sürücü hadisə yerini tərk edə bilər - YENİLİK

Bu halda sürücü hadisə yerini tərk edə bilər - YENİLİK

Tarix:

22-01-2021, 11:56

/ 740 dəfə oxundu.
Bu halda sürücü hadisə yerini tərk edə bilər - YENİLİK

Avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçün qanuna dəyişiklik edilir.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb.

Dəyişikliyə əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir.

Şərhlər

XƏBƏR LENTİ