Bu halda sürücü hadisə yerini tərk edə bilər - YENİLİK

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb.
Dəyişikliyə əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir.