XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » "Trend” agentliyinin direktor müavini koronavirusdan vəfat edib

"Trend” agentliyinin direktor müavini koronavirusdan vəfat edib

"Trend” agentliyinin direktor müavini koronavirusdan vəfat edib
5-01-2021, 12:24

"Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini, ehtiyatda olan polkovnik, politoloq Elxan Ələsgərov vəfat edib.

O, 66 yaşında koronavirus infeksiyasından dünyasını dəyişib.

Qeyd edək ki, E.Ələsgərov 1955-ci il mart ayının 14-də Bakı şəhərində anadan olub.

O, Birinci Qarabağ müharibəsində iştirak edib.

E.Ələsgərov “Trend” Beynəlxalq İnformasiya Agentliyinin baş direktorun müavini və “Baku International Policy and Security Network” ekspert qrupunun rəhbəri vəzifələrində çalışırdı.

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.