Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov vəfat edib.
A.Ələsgərov dünən axşam saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, A.Ələsgərov 1937-ci ilin dekabrın 13-də Bakıda anadan olub. A.Ələsgərov əmək fəaliyyətinə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının "Təchizat və satışı" Respublika Kontoru "Sovnarxozmaşsnabsbıt"nın mühəndisi kimi başlayıb.
Daha sonra o, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının İxtisaslaşdırılmış "Tikinti mexanizasiyası sənayesi" trestində mühəndis, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Əsaslı tikinti şöbəsinin mühəndisi, Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Tikintidə yeni texnikanı tətbiq edən trest "Orqtexstroy", layihənin baş mühəndisi, şöbə müdiri, trestin baş mühəndisi, Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 №-li Trestinin 42 №-li Tikinti İdarəsinin baş mühəndisi, SSRİ Dövlət Tikinti Komitəsinin "Azərdövlətsənayelayihə" İnstitutunun baş mühəndisinin müavini, "Bakıbaştikinti"nin Layihə - Konstruktor Texnoloji Bürosunun direktoru, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifəsində çalışıb.
A.Ələsgərov 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri idi.
Xatırladaq ki, A.Ələsgərov Azərbaycan Memarlar İttifaqının sədri olub, "Şərəf Nişanı" ordeni, "Xalqlar Dostluğu” ordeni, "Şöhrət" ordeni ilə təltif olunub, 1987-ci ildə "Azərbaycanın əməkdar mühəndisi və 2007-ci ildə "Azərbaycanın əməkdar memarı" fəxri adları verilib.
Allah rəhmət eləsin!

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...