XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » İsgəndər Xəlilovun federasiyası rusiyalı idmançıya xəbəri olmadan Azərbaycan vətəndaşlığı verdi

İsgəndər Xəlilovun federasiyası rusiyalı idmançıya xəbəri olmadan Azərbaycan vətəndaşlığı verdi

İsgəndər Xəlilovun federasiyası rusiyalı idmançıya xəbəri olmadan Azərbaycan vətəndaşlığı verdi
24-12-2020, 19:51

Azərbaycan Qış İdman Növləri Federasiyası növbəti bibabırçılıqla gündəmə gəlib. Millinin fiqurlu konkisürəni Vladimir Litvintsev federasiya ilə bağlı Rusiya mətbuatına danışıb.

Onun açıqlamasından məlum olub ki, federasiya heç bir ölkənin istəmədiyi idmançını milliləşdirib və Azərbaycan vətəndaşlığı verib.

Vladimir Litvintsev Rusiya mətbuatına açıqlamasında Azərbaycandan gələn təklif barədə danışıb:

"Azərbaycandan başqa təklif yox idi. Federasiya prezidenti fiqurlu konkisürən axtarırdı. Onlar gəlib mənə baxdılar və dedilər ki, “pis deyil, gedər”. Sonra mən Bakıya yollandım. Pasportumu və digər məsələləri həll etdilər. Mən Azərbaycan vətəndaşı kimi qayıtdım”.
Vladimir Litvintsev Azərbaycan vətəndaşlığını necə almasından xəbərsiz olduğunu deyib: “Sadəcə getdim və məni orada azərbaycanlı kimi qeydiyyatdan keçirdilər. Çox dərinə getmədim”.
Xatırladaq ki, Azərbaycan Qış idman növləri Federasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Afaq Zeynalova Unikal.org-a müsahibəsində qurumda təkcə Fiqurlu Konkisürmə idman növünün fəaliyyət göstərdiyini və cəmi bir oğlan, bir qız olmaqla 2 idmançının olduğunu demişdi.
Məlumat üçün bildirək ki, Qış idman növlərinə 6 növ daxildir. Azərbaycan Qış İdman Növləri Federasiyası Rusiyada yaşayan azərbaycanlı iş adamı İsgəndər Xəlilovun və onun oğlu Rauf Xəlilovun nəzarətindədir.

Unikal

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.