XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Milli Məclis Bəhruz Məhərrəmova töhmət verdi

Milli Məclis Bəhruz Məhərrəmova töhmət verdi

Milli Məclis Bəhruz Məhərrəmova töhmət verdi
7-11-2020, 14:41

Bu gün Milli Məclisin İntizam komissiyasının iclası olub.

İclasda deputat Bəhruz Məhərrəmov barəsində intizam tədbirinin tətbiq edilməsi məsələsinə baxılıb.

Komissiyanın üzvləri qeyd ediblər ki, parlamentin 2020-ci il noyabrın 6-da keçirilən plenar iclasında İran və İranın ali rəhbərinin ünvanına deputat B.Məhərrəmovun səsləndirdiyi fikirlər Azərbaycanla İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir. Deputat öz çıxışlarında məsuliyyət hissini rəhbər tutmalı, Azərbaycanın milli maraqlarını daim nəzərə almalıdır. Komissiyanın üzvləri bildirmişlər ki, deputat Bəhruz Məhərrəmovun səsləndirdiyi fikirlər heç bir halda parlamentin mövqeyini ifadə etmir.

Onlar əmin olduqlarını bildiriblər ki, xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinə heç kəs xələl gətirə bilməz.

Müzakirələrin yekunu olaraq, İntizam komissiyası deputat Bəhruz Məhərrəmov barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.