Rafael Cəbrayılovun məsələsinə mütləq baxılacaq – Katibdən açıqlama
Milli Məclis payız sessiyasına start verib, komitələr öz işinə başlayıb. Güman ki, Milli Məclisin İntizam Komissiyası da yaxın günlərdə toplaşacaq”.
Bunu Modern.az-a Milli Məclisin İntizam Komissiyasının katibi Məlahət İbrahimqızı deyib.
“Komissiyanın mandatına daxil olan hər hansı iş olanda mütləq gündəliyə salınır. Ola bilsin ki, İntizam Komissiyası ilə bağlı bəzi məsələlər payız sessiyasının gündəliyinə salınsın”-deyə katib əlavə edib.
Məlahət İbrahimqızı bildirib ki, İntizam Komissiyasının iclasında deputat Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoyması mütləq müzakirə olunacaq:
“Milli Məclisdə deputatlarla bağlı hansısa məsələ gündəmə gələndə İntizam Komissiyası buna münasibət bildirir və ona uyğun qərar da qəbul edir. Ötən illərdə də bunun şahidi olmusuz. Son günlər mətbuatda yayılan məsələ deputat həmkarımız Rafael Cəbrayılovla bağlıdır. Ola bilsin ki, Milli Məclisin Aparatına məsələ barədə məlumat daxil olub.
İstənilən halda, baş verən məsələ qanqaraldıcı haldır. Millət vəkili adına yaraşmayan hadisədir. Milli Məclisin İntizam Komissiyası bu məsələyə mütləq münasibət bildirməlidir. Həmçinin, həmkarımız olan deputat Rafael Cəbrayılov mətbuat vasitəsilə ictimaiyyətə ətraflı məlumat verməli və baş verənlərə aydınlıq gətirməlidir”
Qeyd edək ki, Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovun borca görə məhkəməyə verildiyi barədə xəbər yayılıb. Bununla bağlı mətbuata açıqlamasaında borc verən tərəf bildirib ki, Rafael Cəbrayılov 300 min ABŞ dollarını vaxtında ödəyə bilmədiyinə görə III və IV çağırış Milli Məclisin deputat vəsiqəsini girov qoyub.
Hazırda mətbuatda və sosial şəbəkələrdə deputatın baş verənlərdən sonra mandatının geri alınıb-alınmayacağı müzakirə olunur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır